Trampdan neftlə bağlı açıqlama

Trampdan neftlə bağlı açıqlama “Neft qiymətləri aşağı səviyyədə uzun müddət qalmayacaq”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə günlük keçirilən mətbuat konfransında açıqlama verib:
“Bu, qısa müddətli bir hadisədir. Vəziyyət normallaşacaq və enerji sektorunda hər şey qaydasında olacaq”.
Trampın proqnozuna görə, neft qiymətləri bir ay ərzində yenidən 25-28 dollar səviyyəsinə qalxacaq.
Xatırladaq ki, ötən gün ərzində ABŞ-ın WTI markalı neftinin bir barrelinin qiyməti tarixində ilk dəfə sıfırın altına düşərək -39,55 dollara qədər düşmüşdü.

Tehsil-press.az

Oxşar xəbərlər