Türkiyədə küçəyə çıxmaq daha 4 gün qadağan ediləcək

Türkiyədə küçəyə çıxmaq daha 4 gün qadağan ediləcək Türkiyənin 31 əyalətində daha 4 gün küçəyə çıxmaq qadağan ediləcək.
Qadağa 23-24-25-26 aprel tarixlərini əhatə edəcək. Bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib:
“Millətimizin görülən tədbirlərə riayət etməsi nəticəsində epidemiyanın fəlakət səviyyəsinə çatmasının qarşısını aldıq. Böyük şəhərlərdə və Zonquldakda tətbiq etdiyimiz həftəsonu küçəyə çıxmaq qadağası da xəstəliyin yayılmasına nəzarətdə faydalı oldu. Bu səbəbdən qadağanı bir müddət də davam etdirəcəyik. 23-26 aprel tarixlərində yenə 31 əyalətimizdə küçəyə çıxmaqla bağlı məhdudiyyəti planlaşdırırıq. 23 aprel onsuz da tətildir. Qadağa aprelin 26-da başa çatacaq. Detallar ictimaiyyətə təqdim olunacaq. Çörəkçi, suçu, qəzet satıcıları, media nümayəndələri daxil olmaqla, bütün işləyənlərə təşəkkür edirəm”.

Tehsil-press.az

Oxşar xəbərlər