Türk Akademiyaları Birliyinə Qırğızıstan Milli Elmlər Akademiyası sədrlik edəcək

Türk Akademiyaları Birliyinə Qırğızıstan Milli Elmlər Akademiyası sədrlik edəcək Türk Akademiyaları Birliyinə Qırğızıstan Milli Elmlər Akademiyası sədrlik edəcək.
Bununla bağlı Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə türk dövlətləri milli elmlər akademiyalarının COVID-19 pandemiyası dövründəki fəaliyyətinə həsr olunmuş onlayn iclasında qərar qəbul edilib.
İclasda Türk Dövlətləri Elmlər Akademiyalarının COVID-19 pandemiya görüşü ilə bağlı qətnaməsi imzalanıb. Qətnaməni Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Tatarıstan və Başqırdıstan Elmlər Akademiyaları, eləcə də Beynəlxalq Türk Akademiyasının nümayəndələri imzalayıb. Sənəddə mövcud böhran dövründə türk dövlətlərində və respublikalarında elmi əlaqələrin inkişafı üçün irəliləyişlər etmək, elm adamlarının inteqrasiyasını dərinləşdirmək, türk respublikalarında elm adamlarının təcrübələrini və nəşrlərini bölüşmək, birgə layihələr həyata keçirmək, türk dövlətləri və respublikalarında informasiya texnologiyalarının çoxistiqamətli inkişafında səyləri birləşdirmək və s. məsələlər yer alıb.

Tehsil-press.az

Oxşar xəbərlər