Tramp ABŞ-a immiqrasiyanı dayandırdı

Tramp ABŞ-a immiqrasiyanı dayandırdı ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası səbəbindən ölkədə iş yerlərinin çatışmazlığı şəraitində ABŞ-a immiqrasiyanın müvəqqəti dayandırılması barədə fərman imzalayıb.
“Bizim gözəl amerikalı zəhmətkeşlərimiz qorumaq üçün mən Birləşmiş Ştatlara immiqrasiyanı dayandırdım. Biz, həmçinin tibbi resurslarımızı qoruyacağıq”, - Tramp mətbuat konfransında deyib.
Tramp qeyd edib ki, immiqrasiya iki ay müddətinə dayandırılır və o, başa çatdıqdan sonra fərmanın qüvvəsinin uzadılıb-uzadılmaması barədə qərar qəbul edəcək.
Ağ Evdən bildirilib ki, istisna yalnız koronavirusla mübarizədə köməkləri zəruri olan həkim və digər işçilərə aiddir.

Tehsil-press.az

Oxşar xəbərlər