ABŞ COVID-19 koronavirusu pandemiyası fonunda Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırıb. Bunu jurnalistlərə açıqlamasında ölkə Prezidenti Donald Tramp deyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, ÜST dünya ictimaiyyətinə koronavirus haqqında vaxtında düzgün məlumat verməyib.
“ÜST bu əsas borcun yerinə yetirilməsinin öhdəsindən gələ bilmədi və cavab verməlidir. Bütün onilliklərdən sonra vaxt gəldi”, - Tramp deyib.
Qeyd edək ki, daha əvvəl ÜST-ün koronavirus pandemiyası ilə əlaqədar bəzi çağırışlara gecikdiyini bildirən Tramp təşkilatın ABŞ-ın Çinə tətbiq etmək istədiyi səyahət qadağasına da qarşı çıxdığını xatırlatmışdı. O, həmçinin ÜST-ü “Çin yönümlü” fəaliyyət göstərməkdə günahlandırmışdı.
Tehsil-press.az