Bakı Ali Neft Məktəbinin əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara belə təşəkkür etdi

Bakı Ali Neft Məktəbinin əcnəbi tələbələri koronavirusla mübarizə aparanlara belə təşəkkür etdi Bakı Ali Neft Məktəbində (BANM) təhsil alan Nigeriya, Pakistan və Qazaxıstandan olan bir qrup əcnəbi tələbə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ali məktəbin Tələbə Evində qalmaqla özünütəcrid qaydalarına əməl edirlər.
Onlar ali məktəbin əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələbləri ilə bağlı məlumatlandırılıb, zərurət yarandıqda tibbi və qida ehtiyacları ilə təmin olunurlar.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də həyata keçirilən sosial təcrid tədbirləri çərçivəsində hökumətlə yanaşı, mübarizənin ön cəbhəsində olan tibb işçiləri, polis və hərbiçilərin əzmkarlığı öz doğma evlərindən uzaqda olan tələbələrin diqqətindən yayınmayıb. Onlar görünməyən qəhrəmanlara təşəkkürlərini ifadə ediblər. Pandemiya dövründə yüksək əzmkarlıq nümayiş etdirərək qlobal virusla mübarizə aparanların cəsarətinin bütün insanlar üçün nümunə olduğunu vurğulayıblar.
Qeyd edək ki, sözügedən tələbələr Azərbaycanda pandemiya ilə mübarizədə hökumət tərəfindən həyata keçirilən preventiv tədbirlərin effektivliyini nəzərə alaraq öz ölkələrinə getməyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər