Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən ölkəmizdə ilk dəfə olaraq onlayn keçirilən “Quarantine” adlı tərcümə “Hackathon”unda qalib olublar.
Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının dördüncü kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada ikinci yerə layiq görülüblər. “Hackathon” çərçivəsində iştirakçılar “Khan Academy”nin xüsusi sistemində riyaziyyat, kimya, biologiya, incəsənət, fizika, tibb və s. kimi mövzularda olan kontentləri ingilis dilindən Azərbaycan dilinə tərcümə ediblər.
Səkkiz gün davam edən “Hackathon”da Ali Məktəbin “My bed Panic” komandası 360 mindən çox söz tərcümə etməyə nail olub. İlk 3 yerə sahib olan komandanın üzvlərinə hədiyyə paketi təqdim olunacaq.
Qeyd edək ki, yarışda ondan çox tərcüməçi komandası qalibiyyət uğurunda mübarizə aparıb.
Tehsil-press.az