Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi SOCAR-Türkiyədə işləyəcək. BANM-in rektoru Elmar Qasımov bildirib ki, “Star” və “Petkim”də hələlik 6 yer nəzərdə tutulub.
SOCAR-Türkiyənin apardığı seçim prosesi nəticəsində ali məktəbin kimya mühəndisliyi və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisaslarında təhsil alan altı tələbə seçilib, onlar “Star” neft emalı zavodunda və “Petkim” neft-kimya kompleksində işləyəcəklər.
Rektor bildirib ki, ali məktəbin əsas strategiyası şirkətlərə istehsalat təcrübəsi, praktik vərdişləri olan kadrlar yetişdirməkdir. Tələbələrin məzun olmamış iş təklifi alması ali məktəbin “Biz iş axtarmırıq, iş bizi axtarır” şüarını təsdiqləyir. İndiyə kimi BANM-in 30-a yaxın məzunu “Star” və “Petkim” zavodlarında çalışır.
“Star” və “Petkim” SOCAR-ın Türkiyədə fəaliyyət göstərən və böyük investisiya edilmiş neft-kimya zavodlarıdır.

BANM-in Mətbuat Xidməti