Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu zərər açıqlanıb.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlama verib.
Mikayıl Cabbarov deyib ki, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına vurduğu ziyan kifayət qədər böyük məbləğdədir: "Bu rəqəmlər gündə 120-150 milyon manatdır. Azərbaycan dövlətinin resursları imkan verir ki, ölkə vətəndaşlarının rifahı əsas götürülsün".
Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üzrə aprelin 24-nə olan hesabata görə, tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 215 milyon manatdır. 21 432 vergi ödəyicisi müraciət edib, onların 224 602 nəfəri muzdlu işçilərdir. Maliyyə dəstəyinin məbləği 77.982.8 min manatdır. O cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) 38.991.4 min manatdır. 16 814 vergi ödəyicisinə faktiki olaraq ödəniş edilib. Həmin vergi ödəyicilərindən 162 217 nəfəri muzdlu işçidir. Ödənilmiş vəsaitin məbləği isə 37.005.4 min manatdır.
Fərdi sahibkarlara maliyyə dəstəyi üzrə 24 aprel tarixinə olan hesabata görə, tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 80 milyon manatdır. 65 822 vergi ödəyicisi müraciət edib. Onlardan 60 169 nəfərinin müraciəti araşdırılıb və 40 620.5 min manat maliyyə dəstəyi edilib. Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı 55 022 nəfərdir. Ödəniş vəsaitinin məbləği isə 37.930.3 min manatdır.
Tehsil-press.az