2016-cı ilin 1-ci yarımilliyində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 242 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 52 milyon 33 min manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Trend Vergilər Nazirliyinin saytına istinadən xəbər verir ki, departamentin İstintaq idarəsində 623 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 67 iş üzrə 77 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.
155 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan olunmuş 29 nəfər şəxs tutularaq Departamentin İstintaq idarəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 193 şəxsin məcburi qaydada gətirilməsi, 376 şəxsin tapılaraq istintaqa gəlmələri, 430 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 82 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlmələri təmin olunub.
Tehsil-press.az