İtaliyada zavodlar fəaliyyətə başladı

İtaliyada zavodlar fəaliyyətə başladı İtaliyada strateji müəssisələr fəaliyyətə başlayıb.
Zavod və fabriklərin açılması barədə göstərişi Baş Nazir Cüzeppe Konte verib. Turində “Fiat Chrysler” avtomobil zavodu da öz işinə başlayıb. Müəssisədə təhlükəsizlik qaydalarına tam əməl olunur: işçilər maska və əlcəklərdə, qoruyucu eynəklərdə çalışırlar.
Mayın 4-dən etibarən isə tikinti sektoru və yüngül sənaye müəssisələri, topdansatış obyektləri fəaliyyətini bərpa edəcək.
Qeyd edək ki, İtaliyada 26 min 977 nəfər koronavirusdan dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər