İtaliyada koronavirusun qurtaracağı tarix açıqlandı

İtaliyada koronavirusun qurtaracağı tarix açıqlandı İtaliyanın Milli Səhiyyə Şurası ölkədə koronavirus epidemiyasının qurtacağı tarixi açıqlayıb.
Proqnoza görə, koronavirus ölkədə iyunun sonunda bitəcək. Epidemiyadan sonuncu olaraq virusun yayılmağa başladığı Lombardiya və Marke əyalətləri xilas olmalıdır. Birinci azad olan regionlar Umbriya və Bazilikata olacaq. Latsio əyaləti mayın 12-dən təhlükəsiz olacaq.
Qeyd edək ki, İtaliyada martın 10-da elan edilən karantin mayın 3-dək uzadılıb. Ölkədə koronavirusdan 23,7 min nəfər dünyasını dəyişib. 178,9 min nəfər isə xəstəliklə mübarizə aparır.

Tehsil-press.az

Oxşar xəbərlər