Sabah Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalına məqalə qəbulu başa çatır.
Jurnala dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərinin araşdırıldığı məqalələr qəbul olunur. Məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməli və digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və elektron poçt ünvanı göstərilməlidir. Məqalənin əvvəlində müəllifin adından sonra xülasə və açar sözlər ən azı üç dildə verilməlidir.
Məqalənin mətni A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində olmaqla, Azərbaycan, türk, ingilis, rus və ərəb dillərində 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) olmalıdır. Məqalə elmi dərəcəsi olan şəxsin rəyi ilə birgə təqdim edilməlidir.
Koronavirus pandemiyasına görə ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar məqalələr onlayn qəbul olunur. Arzu edənlər məqalələrini aprelin 30-dək [email protected] elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb. Jurnalın nəşr olunmasında məqsəd ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış mütəxəssislərdir.
Tehsil-press.az