“Din araşdırmaları” jurnalının növbəti sayı çapa hazırlanır

“Din araşdırmaları” jurnalının növbəti sayı çapa hazırlanır Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsi üçün məqalə qəbulu davam edir.
Jurnala dinin teoloji, fəlsəfi, tarixi, sosioloji, psixoloji, ədəbi və digər aspektlərinin araşdırıldığı məqalələr qəbul olunur. Məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlər qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməli, eləcə də digər nəşrlərə təqdim edilməmiş tədqiqatlar olmalıdır. Yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və elektron poçt ünvanı göstərilməlidir. Məqalənin əvvəlində müəllifin adından sonra xülasə və açar sözlər ən azı üç dildə verilməlidir.
Məqalənin mətni A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində, Azərbaycan, türk, ingilis, rus və ərəb dillərində 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) olmalıdır. Məqalə elmi dərəcəsi olan şəxsin rəyi ilə birgə müəllif tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, AZ 1141, Əhməd Cəmil, 41A) təqdim edilməlidir. Əlyazma müəllif tərəfindən mütləq imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir. Məqalələr, eyni zamanda, elektron qaydada redaksiyanın [email protected] ünvanına göndərilməlidir.
Məqalə qəbulu aprelin 30-dək davam edəcək.
Xatırladaq ki, “Din araşdırmaları” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına salınıb. Jurnalın nəşr olunmasında məqsəd ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Dərginin redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin təhsil müəssisələrində çalışan tanınmış mütəxəssislərdir.

Tehsil-press.az



Oxşar xəbərlər