Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din araşdırmaları” jurnalına məqalə qəbulu davam edir.
Jurnala təqdim edilən məqalələr Ali Attestasiya Komissiyasının dövri elmi nəşrlərin qarşısında qoyduğu tələblərə və Azərbaycan İlahiyyat İnstitutunun qaydalarına cavab verməli, digər nəşrlərdə dərc edilməməlidir.
Məqalələrinin “Din araşdırmaları” jurnalında dərc olunmasını arzu edənlər noyabrın 10-dək müraciət edə bilərlər.
Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
Məqalənin mətni 1 nüsxədə (həmçinin elektron forması kompakt diskdə) elmi dərəcəsi olan şəxsin məqalə haqqında rəyi ilə birgə müəlliflərin özləri tərəfindən jurnalın redaksiyasına (Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan, Bakı şəhəri, Əhməd Cəmil, 41A) təqdim edilməlidir. Əlyazma müəlliflər tərəfindən mütləq imzalanmalı və onun redaksiyaya təqdimedilmə tarixi göstərilməlidir. Məqalələr elektron qaydada redaksiyanın [email protected] elektron ünvanına göndərilməlidir.

Aİİ-nin Mətbuat Xidməti