Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı Çində son sutka ərzində daha 12 nəfər koronavirusa yoluxub, 32 pasiyent sağalıb, ölən yoxdur.
Bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virusa yoluxanlardan 6-sı xaricdən gələn şəxslər, 6-sı isə yerli sakinlərdir (Heyluntszyan əyaləti və Daxili Monqolustan Muxtar Rayonunda).
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 874 yoluxma halı qeydə alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər