Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanası “Pandemiya dövründə Azərbaycanda universitet kitabxanalarının fəaliyyəti” mövzusunda keçirilən onlayn tədbirdə təmsil olunub.
İştirakçılar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən toplantıda “Zoom” proqramı vasitəsilə iştirak ediblər.
Tədbirin təşkilatçısı, UNEC kitabxana-informasiya mərkəzinin direktoru Adilə Abdullayeva universitetlərin onlayn rejimə keçməsi və bu rejimdə kitabxanaların fəaliyyəti barədə geniş məlumat verib. Universitet kitabxanalarının rəhbərləri “Karantin dövründə oxuculara onlayn xidmət”, “Təqdim olunan elektron resurslar”, “Onlayn xidmətin yaxşılaşdırılması və gələcək inkişaf perspektivləri” və s. mövzularda maraqlı çıxışlar ediblər.
Tibb Universitetinin kitabxana direktoru Ziyafət Eminova pandemiya dövründə onlayn dərslər keçən, bu günün qəhrəmanları hesab edilən səhiyyə işçilərinə və gələcəyin həkimləri olan tələbələrə göstərilən kitabxana xidməti barədə danışıb. Oxucuların mövcud elektron kitabxana xidməti ilə yanaşı, elektron resurslardan da səmərəli şəkildə istifadə etdiklərini bildirib.
Z.Eminova qeyd edib ki, hər il olduğu kimi bu il də “EBSKO” elektron nəşriyyatına abunə universitet rəhbərliyi tərəfindən həyata keçirilib. Bu da oxucular üçün çox faydalıdır. Bundan başqa, təklif olunan digər elektron resurslar da elektron dərslərin keçirilməsində öz səmərəsini verir. ATU tələbələri və tədqiqatçıları üçün yenicə “Wolters Kluwer” tibbi kitabxana portalına giriş əldə etmək imkanı yaradılıb.
Portalda müxtəlif tibbi kitablar, audio-video dərs izahları, xüsusilə yuxarı kurs tələbələri üçün staj rotasiyaları, xəstə müzakirəsi, klinik bacarıq və izahlar və s. məlumatlar əldə etmək mümkündür. Pandemiya dövründə həkimlərin öz jurnal məqalələrinə universal onluq təsnifatı – “UOT” cədvəli üzrə şifrə almaq üçün müraciətləri onlayn şəkildə yerinə yetirilib.
Toplantıda oxuculara onlayn xidmətin təkmilləşdirilməsi sahəsində bir sıra maraqlı təkliflər irəli sürülüb. Onlardan biri də ali məktəb kitabxanalarının elektron resurslarının vahid portalda birləşdirilməsi ilə bağlı olub.
Tehsil-press.az