Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana-İnformasiya Mərkəzinin (KİM) direktoru Adilə Abdullayeva “Pandemiya dövründə dünya kitabxanalarının fəaliyyəti” mövzusunda onlayn vebinarda iştirak edib.
Rusiya, ABŞ, Fransa, Türkiyə, Almaniya, Qazaxıstan və digər ölkələrdən 40-dan çox kitabxana mütəxəssisinin qatıldığı vebinarda pandemiya dövründə kitabxanaların qarşılaşdıqları problemlər və onların həlli yollarından, oxucu tələbatındakı xarakterik dəyişikliklərdən, kitabxanalararası sənəd mübadiləsi və müəlliflik hüquqlarının yaratdığı bir sıra çətinliklərdən danışılıb. A.Abdullayeva UNEC-in Kitabxana İnformasiya Mərkəzinin fəaliyyətindən bəhs edib. Karantin günlərində UNEC-də tələbələrin və professor-müəllim heyətinin informasiya tələbatının ödənilməsi məqsədilə təqdim edilən onlayn xidmət, elektron resurslar, beynəlxalq məlumat bazaları haqqında məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Onlayn vebinar Rusiya Elmlər Akademiyasının kitabxanası tərəfindən təşkil edilib.
Tehsil-press.az