Pilot təhsil müəssisələrində inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq

Pilot təhsil müəssisələrində inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq Pilot təhsil müəssisələrində - Bakı şəhəri 138, 202 nömrəli tam orta məktəblərdə, 220 və 252 nömrəli məktəb-liseydə inklüziv məktəbəhazırlıq qrupları təşkil olunacaq.
Bu, 2020-2021-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində inklüziv məktəbəhazırlıq qruplarının təşkili barədə Təhsil naziri Ceyhun Bayramovun verdiyi əmrdə əksini tapıb.
Əmrə əsasən, Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyasının qərarı ilə ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların məktəbəhazırlıq qruplarına göndərilməsi, məktəbəhazırlıq qruplarına loqopedik xidmətin göstərilməsi təmin ediləcək.
Əmr Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi və Təhsil Nazirliyinin 2020-ci il üçün İş Planının “İnklüziv təhsilin təşkili vəziyyətinin öyrənilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflərin hazırlanması” fəaliyyətinin yerinə yetirilməsini təmin etmək məqsədilə imzalanıb.

Tehsil-press.az

Oxşar xəbərlər