Təhsil nazirinin vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov ölkəmizdə səfərdə olan UNICEF-in regional ofisinin uşaqların erkən inkişafı üzrə baş məsləhətçisi Dipa Qrover və inklüziv təhsil üzrə regional məsləhətçisi Nora Şabani ilə görüşüb.
Görüşdə Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Həmçinin qurumlar arasında inklüziv və məktəbəqədər təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Prezident İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiqlənmiş “2018-2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”ının icrası istiqamətində UNICEF-lə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində UNICEF-in regional ofisinin nümayəndələr Təhsil Nazirliyinin və Təhsil İnstitutunun əməkdaşları üçün inklüziv təhsillə bağlı təlim keçiblər.

Kəmalə Rəhimli