Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayır Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq.
Təhsil naziri Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.

Tehsil-press.az

Oxşar xəbərlər