2019-2020-ci tədris ilinin ikinci yarımili üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin qiymətləndirilmələrinin keçirilməsi nəzərdə tutulmur. İllik qiymətləndirilmə çıxarılmasında və növbəti sinfə keçirilmədə şagirdlərin tədris ilinin birinci yarımili üzrə nəticələri və qiymətləri əsas götürüləcək. Həmin qiymətlər əsasında şagirdlərin illik yekun qiymətləri çıxarılacaq və növbəti sinfə keçid təmin ediləcək.
Bunu mayın 7-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov söyləyib.
Nazir qeyd edib ki, nəticələrini yaxşılaşdırmaq istəyən şagirdlər tədris ili öncəsi yenidən məktəbə müraciət edə bilərlər.
Tehsil-press.az