Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan məktəblilərin payız tətili başlayır Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.
2019-2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 16-dan 20-dək davam edəcək. Noyabrın 21-də isə dərs olacaq.
Tədris ilinin 5 günlük qış tətili 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Tehsil-press.az

Oxşar xəbərlər