Lisey və gimnaziyalara növbəti tədris ili üçün qəbul avqustun ikinci yarısında keçiriləcək

Lisey və gimnaziyalara növbəti tədris ili üçün qəbul avqustun ikinci yarısında keçiriləcək Tədris Azərbaycan dilində olmayan, digər dillərdə, əsasən rus dilində olan dövlət məktəblərinin birinci sinfinə qəbul olmaq istəyən uşaqlar müsahibə mərhələsindən keçməlidirlər. Bu qəbildən 9621 sorğu qəbul edilib ki, onların da növbəti mərhələdə müsahibəsi həyata keçirilməlidir. Müsahibələrə dair qeydiyyat mayın 20-dən etibarən başlanacaq. İyunda müsahibələrin onlayn və ya üzbəüz formatda keçirilməsi valideynlərin seçimi əsasında olacaq.
Bunu mayın 7-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Təhsil naziri Ceyhun Bayramov deyib.
C.Bayramovun sözlərinə görə, lisey və gimnaziyalara növbəti tədris ili üçün qəbul avqustun ikinci yarısında keçiriləcək. İmtahanların ayrı-ayrı siniflər üzrə müxtəlif məktəblərdə təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul 5-9-cu siniflər səviyyəsində həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər