Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirusa yoluxub.
Bu barədə o, “İnterfaks”a açıqlamasında məlumat verib: “Bəli, xəstələnmişəm. Müalicə alıram”.
52 yaşlı Peskov hazırda xəstəxanada olduğunu sözlərinə əlavə edib.
Kreml sözçüsünün sözlərinə görə, o, Putinlə bir aydan çox əvvəl təmasda olub.
Bununla da Peskov ölkədə yüksək vəzifəli məmurlar arasında koronavirusa yoluxan dördüncü şəxs olub. Belə ki, daha öncə Baş Nazir Mixail Mişustin, İnşaat naziri Vladimir Yakuşev və Mədəniyyət naziri Olqa Lyubimova COVID-19-a yoluxmuşdu.
Tehsil-press.az