Berlindən 188 azərbaycanlı Bakıya gətirildi

Berlindən 188 azərbaycanlı Bakıya gətirildi Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən Bakıya çarter reysi yerinə yetirilib.
Həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər