Türkiyə İtaliyadan tələbələri pulla gətirir - Səfirlik

Türkiyə İtaliyadan tələbələri pulla gətirir - Səfirlik İtaliyada yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq orada təhsil alan türkiyəli tələbələr də çarter reysləri vasitəsilə Türkiyəyə aparılır.
Bu barədə Türkiyənin Romadakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Türkiyəyə geri dönmək istəyənlər 21 mart saat 15:00-a kimi sənədləri səfirliyə təqdim edib.
Məlumata görə, uçuşlar ödənişli şəkildə həyata keçirilir.
Türkiyəyə qayıdan tələbələr üçün 14 gün karantin müddəti məcburidir. Uçuşlar sadəcə tələbələr üçün nəzərdə tutulub.
Qeyd edək ki, martın 15-dən Azərbaycana da hava nəqliyyatı vasitəsilə İtaliya daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən ümumilikdə 9 000-dən çox sərnişin gətirilib ki, onların çoxu tələbələrdən ibarət olub. Bu zaman təşkil olunmuş çarter reyslər tam ödənişsiz həyata keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər