Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələri üçün Azərbaycanın səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin işlənib hazırlanması barədə tapşırıq verib.
Bu, Dağıstan rəhbərliyi və ictimaiyyətin nümayəndələri ilə görüşün yekunlarına dair tapşırıqlar siyahısında yer alıb.
Rusiya Prezidenti Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Agentliyi və Dağıstan Respublikasının Hökumətinə Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələrinin təşkili üçün Azərbaycanın səlahiyyətli orqanları ilə operativ qarşılıqlı fəaliyyət mexanizmi işləyib hazırlamağı tapşırıb.
Eyni zamanda, V.Putin epidemioloji vəziyyəti nəzərə alaraq normalara riayət olunmasının vacibliyini qeyd edib.
Tehsil-press.az