Rusiyada qeyri-iş günləri başa çatır

Rusiyada qeyri-iş günləri başa çatır Rusiya Prezidenti Vladimir Putin ölkədə qeyri-iş günlərinin mayın 12-dən başa çatdığını elan edib.
Rusiyada qeyri-iş günləri koronavirus pandemiyası ilə əlaqədar elan olunub. Dövlət başçısı Vladimir Putin bildirib ki, vətəndaşların və iqtisadiyyatın işə başlaması mərhələlərlə həyata keçirilməli, eyni zamanda, bütün təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Rusiya koronavirus epidemiyası ilə mübarizənin növbəti - məhdudiyyətlərin yumşaldılması mərhələsinə keçir. V.Putin vurğulayıb ki, 65 yaşından yuxarı şəxslər üçün məhdudiyyətlər qüvvədə qalacaq.
Rusiya regionları rəhbərlərinin məhdudiyyətlərlə bağlı səlahiyyətlərinin də vaxtı uzadılır.

Tehsil-press.az

Oxşar xəbərlər