Vergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə (III oxunuş) dəyişiklikdə öz əksini tapıb.
Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.
Eyni zamanda vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:
1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;
5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;
10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;
15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.”.
Bu qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
Tehsil-press.az