Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mayın 18-dən başlanan Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri uğurla davam etdirilir.
Həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda-idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılaraq təlimlərin planına əsasən qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirlər.
Təlimlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin bilavasitə iştirakı ilə keçirilir. Döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanları ilə qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılır. Təlimlərə cəlb edilən şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi yüksək səviyyədədir və onlar ölkə rəhbərliyinin, xalqımızın etimadını doğruldurlar.
Ötən ildən başlayaraq “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan ölkəmizin aparıcı və potensial gücə malik ali məktəblərindən biri olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 20 min nəfərlik kollektivi yenə də bu vətənpərvər təşəbbüslərini davam etdirir.
Koronavirus epidemiyası ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq, bu dəfə UNEC kollektivi onlayn formada Azərbaycan Ordusuna dəstək nümayiş etdirdi.
UNEC-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova universitetin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov başda olmaqla professor-müəllim və tələbə heyətinin adından təlim iştirakçılarını salamlayaraq xalqımızı sevindirən, düşmənlərimizi isə təşvişə salan genişmiqyaslı təlimləri diqqətlə izlədiklərini və bundan böyük qürur duyduqlarını bildirib. E.Ömərova dünyanın ən güclü 50 dövlətinin orduları sıralarında yer alan Azərbaycan Ordusuna güvəndiklərini qeyd edərək deyib: “Ordumuzun hərbi potensialının artması nəticəsində tariximizə Aprel döyüşlərində olduğu kimi hələ neçə-neçə möhtəşəm zəfər yazacağına, işğal altında olan tarixi, əzəli torpaqlarımızın azad ediləcəyinə, respublikamızın ərazi bütövlüyünün bərpa olunacağına əminik. Çünki Azərbaycanımızın istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan güclü ordusu var”.
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı cəbhəboyu zonada keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin gedişatı, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi, cəlb olunan heyətlərin hazırlığı, bölmələrin atəş və manevr imkanları barədə ətraflı məlumat verərək UNEC-in bu təşəbbüsünün də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən rəğbətlə qarşılandığını bildirib.
UNEC-in prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent, Qarabağ müharibəsinin veteranı Mikayıl Zeynalov, “SABAH” Mərkəzinin dekanı, dosent Aida Quliyeva, kafedra müdirləri - professorlar Arif Şəkərəliyev, Afət Abbasova, Rövnəq Rzayev, UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev, direktor müavini Həqiqət Kərimova, UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova, Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru, dosent Səbuhi Tanrıverdiyev, tələbələrdən Aslan Əzimzadə, Yusif Cəfərzadə və başqaları Azərbaycan əsgərinə səmimi arzularını çatdıraraq Vətən naminə müqəddəs xidmətdə onlara uğurlar arzulayıblar.
Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin iştirakçısı polkovnik Şükür Həmidov UNEC kollektivinə növbəti nəcib təşəbbüsə görə bütün təlim iştirakçıları adından minnətdarlıq edərək deyib: “Ordumuz nəinki tank, zirehli texnika, müxtəlif çaplı raket-artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, ordu və cəbhə aviasiya vasitələri, kəşfiyyat və zərbə tipli pilotsuz uçuş aparatları, eləcə də qədirbilən xalqımızın sevgisi, məhəbbəti ilə silahlanıb. Təlim meydanlarında bizə ruh, güc-qüvvət verən məhz bu sevgidir. Bu sevgi ilə də biz müqəddəs döyüşlərə atılacaq xalqımıza böyük qələbənin sevincini də yaşadacağıq”.
Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbani müəllim və tələbələrin suallarını cavablandırıb və onun təqdimatı ilə təlim iştirakçılarının bir qrupu UNEC kollektivi ilə onlayn əlaqəyə qoşulublar.
UNEC-in tələbələri, Yaradıcılıq Mərkəzinin üzvləri Yusif Cəfərlinin, Aslan Əzimzadənin ifa etdiyi “Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!” marşı ilə onlayn görüş başa çatıb.
Onlayn görüş UNEC-in rəsmi Facebook və Youtube səhifələrindən canlı yayımlanıb.
UNEC-in Azərbaycan Ordusuna mənəvi dəstək layihəsi çərçivəsində tədbirlər davam edir.
Tehsil-press.az