UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq UNEC-lə Rusiya Ali İqtisad Məktəbi Milli Tədqiqat Universiteti (MTİ) arasında əməkdaşlıq uğurla davam edir.
Rusiya Ali İqtisad Məktəbi əməkdaşlıq çərçivəsində UNEC-in ödənişsiz onlayn kurslara qatılması barədə rektor, professor Ədalət Muradova təşəbbüs məktubu ünvanlayıb. Təklifə əsasən, UNEC tələbələri 72 fənn üzrə rus və ingilis dillərində Rusiya Ali İqtisad Məktəbinin onlayn dərslərini dinləyə biləcəklər.
Qeyd edək ki, UNEC bundan öncə ABŞ-ın Stenford Universitetinin “Coursera of Campus” proqramına qoşularaq, dünyanın aparıcı 18 universitet və şirkətinin 400 ixtisas üzrə onlayn kurslarına ödənişsiz olaraq qatılıb.

Tehsil-press.az





Oxşar xəbərlər