Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının bu gün onlayn keçirilən iclasında verilmiş qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürüldü.
Eləcə də, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi 1000 manat, UNEC Həmkarlar ittifaqı Komitəsi 2000 manat həmin fonda ödədi.
Məlumat üçün bildiririk ki, bundan əvvəl UNEC-in rektoru, professor Ədalət Muradov bir aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürmüş və UNEC kollektivinin üzvləri də rektorun təşəbbüsünü dəstəkləyərək könüllü olaraq aylıq maaşlarının bir hissəsi həcmində həmin fonda maliyyə dəstəyi göstərmişdilər. Proses davam edir.
Tehsil-press.az