Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhəri və regionlarda yerləşən inzibati binalarında əvvəlcədən götürülmüş onlayn növbə əsasında vətəndaşların qəbulunu keçirir.
Vətəndaşlar şənbə, bazar və bayram günləri istisna olmaqla saat 09:30-dan 17:00-dək mərkəzin Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində internet saytı vasitəsilə əvvəlcədən onlayn növbə götürülməklə qəbul olunur.
Vətəndaşların qəbulu koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun təşkil edilir. Bunun üçün vətəndaş qəbulu mərkəzlərində təlimata uyğun müvafiq şərait yaradılıb.
Qəbul mərkəzlərində müraciət edən vətəndaşların öz aralarında və işçilərlə (xidmət göstərən əməkdaşlar və s.) sıx qarşılıqlı münasibətlərində lazımi sosial məsafənin saxlanılması təmin olunur.
DİM vətəndaşlara yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmağı, müraciətlə bağlı, ilk növbədə, DİM-in 1653 Çağrı mərkəzinə zəng etməyi və ya sosial şəbəkə (“Facebook”, “Instagram”) hesabına yazmağı tövsiyə edir.
Onlayn növbə tutmaq üçün hər bir şəxs sistemdə tələb olunan məlumatları doldurmaqla (şəxsi məlumatlar, görüşün mövzusu, yeri, tarixi və saatı) xidmətdən rahat yararlana bilər. Bir şəxs gün ərzində yalnız 1 görüş təyin edə bilər.
Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.
Xatırladaq ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olanlar onlayn növbə götürməklə qeyri-iş günləri olan 23, 29, 30 may tarixlərində də müvafiq SQK-ya yaxınlaşa bilərlər.
Tehsil-press.az