Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətini mayın 31-dək dayandırıb

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətini mayın 31-dək dayandırıb Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətini mayın 31-dək dayandırıb.
Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az ; www.ict.edu.az) təqdim olunan e-xidmətlərdən yararlana bilərlər.
Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytından (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Tehsil-press.az

Oxşar xəbərlər