Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi şəraitində vətəndaş məmnunluğunu təmin etmək məqsədilə Azərbaycan Texniki Universiteti (AzTU) bir ilkə imza atıb.
Bu həftədən etibarən rektor Vilayət Vəliyev vətəndaşları onlayn qəbul edəcək. Onlayn qəbul mövcud texniki tapşırıq əsasında hazırlanmış proqram vasitəsilə reallaşacaq.
Vətəndaşların qəbulu hər həftənin çərşənbə axşamı və cümə günləri, saat 14:00-dan 17:00-dək keçiriləcək.
Qəbulda iştirak etmək istəyən şəxs ən geci bir gün əvvəldən AzTU-nun rəsmi saytının “Onlayn qəbul” bölməsində qeydiyyatdan keçib, elektron kabinetin üzərindən müraciət etməlidir. Yalnız bu halda vətəndaşa qəbulda iştirakın tarixi (gün və saat), həmçinin onlayn qoşulmaq üçün link göndəriləcək. Qəbulda iştirak etmək istəməyən vətəndaşlara isə müraciətlərini elektron formada göndərmək imkanı yaradılıb.
Qeyd edək ki, onlayn qəbul məsafələri qısaltmaq məqsədi daşıyır. Uzaq məsafədə yaşayan, qəbula gəlməkdə çətinlik çəkən vətəndaşlarla görüşün bu formatda təşkili karantin günləri bitdikdən sonra da davam etdiriləcək.
Tehsil-press.az