Azərbaycanda əhalinin sayı 10 milyon 79 min 956 nəfərə çatıb

Azərbaycanda əhalinin sayı 10 milyon 79 min 956 nəfərə çatıb İlin əvvəlindən ölkə əhalisinin sayı 12 min 848 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 79 min 956 nəfərə çatıb.
Bu barədə Tehsil-press.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumatda, həmçinin bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər