Bakı Dövlət Universitetinin əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub

Bakı Dövlət Universitetinin əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub Bakı Dövlət Universitetinin Kimya fakültəsində yeni yaradılan Sənaye kimyası laboratoriyasının əməkdaşları Ələkbər Hüseynzadə və Hacı Vahid Axundzadənin professor Ülviyyə Həsənovanın rəhbərliyi altında İtaliyanın Pavia, Fransanın Lorraine və Tunisin Carthage universitetləri ilə birgə çalışdıqları “6-metil-2-okso-4-(xinolin-2-il)-1, 2, 3, 4-tetrahidropirimidin-5-karboksilatın sintezi, kristal quruluşu və antibakterial xassələri” adlı elmi-tədqiqat işi “Journal of Molecular Structure” (impakt faktor 2.1) nəşrində dərc olunub.
Məqalə yeni bioloji-aktiv dihidropirimidinlər sinfinə aid olan birləşmənin sintezi, quruluşunun X-ray metodu və Hirshfeld səth analizi ilə tədqiqinə həsr olunub.
Qeyd edək ki, “Journal of Molecular Structure” kimyada molekulyar quruluşların tədqiqatına həsr olunan Q1 reytinqli jurnallardan biridir. Məqalə ilə https://doi.org/10.1016/j.molstruc.2020.128581 linkinə keçid alaraq tanış olmaq olar.

Tehsil-press.az

Oxşar xəbərlər