Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, baş elmi işçi, professor Telman Məlikov və kiçik elmi işçi Samin Malikin həmmüəllifləri olduqları məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Journal of Computational and Applied Mathematics” 1.883 yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda dərc edilib.
“Diskret optimal idarəetmə məsələləri üçün komponentlərə görə I və II tərtib zəruri şərtlər” (“First and second-order necessary conditions with respect to components for discrete optimal control problems”) adlı məqalə diskret optimal idarəetmə məsələlərinin tədqiqinə həsr olunub.
Məqalədə təqdim olunmuş yeni üsulun köməyilə optimallıq üçün idarəedici funksiyanın komponentlərinə görə qlobal formada maksimum prinsipi, həmçinin bir komponentə görə qlobal formada maksimum prinsipi, digər komponentə görə isə xəttiləşmiş maksimum prinsipi alınıb.
Tehsil-press.az