Nüfuzlu jurnallarda elmi məqaləsi dərc olunan alimlər mükafatlandırılıb

Nüfuzlu jurnallarda elmi məqaləsi dərc olunan alimlər mükafatlandırılıb Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunda 2019-cu ildə “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda məqaləsi dərc edilmiş 9 müəllifə mükafat verilib.
Hər məqaləyə görə müəlliflərə 200 manat mükafat təqdim olunub.
Əfsun Sucayev qeyd edib ki, 2019-cu ildə institut üzrə 17 məqalə Azərbaycan, 25 məqalə isə xarici mətbuatda dərc olunub. İnstitut alimlərinin məqalələrinə 271 istinad edilib. İnstitutda aparılan elmi tədqiqatların nəticələri 16 elmi konfransda (respublikada 10, xaricdə 6) məruzə edilib. Məruzələr üzrə dərc olunan tezislərin sayı isə 79-dur (respublikada 46, xaricdə 33).
İnstitutun əməkdaşları tərəfindən 150-dan çox məqalə hazırlanaraq azərbaycanca “Vikipediya”da yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər