Rumıniya Avropa İttifaqı (Aİ) ölkələri arasında yol qəzalarında ölüm hallarının sayına görə birinci yeri tutur. Rumıniyada 1 milyon nəfərə 96 ölümlə nəticələnən yol qəzası baş verib. Aİ-də ümumiyyətlə 2019-cu ildə 22 min 800 nəfər yol qəzasında vəfat edib. Bu, 2010-cu illə müqayisədə 23 faiz, 2018-ci illə müqayisədə isə 2 faiz azdır. Aİ-də orta rəqəm isə 1 milyon əhaliyə 51 ölümdür. Bu nəticə dünyada yolda qəzalara görə Avropa İttifaqını ən təhlükəsiz məkan olduğunu sübut edir. Aİ-də ən təhlükəsiz ölkələr sırasında siyahıda İsveç 1 milyon əhaliyə 22 ölüm və İrlandiya 1 milyon əhaliyə 29 ölümlə dayanır. Digər tərəfdən isə Aİ daxilində ən çox ölüm Rumıniyada 1 milyon əhaliyə 96 ölüm, Bolqarıstanda 89 ölüm və Polşada 77 qeydə alınıb.
Tehsil-press.az
Tehsil-press.az