Tehranda güclü partlayış oldu

Tehranda güclü partlayış oldu İranın Paytaxtı Tehranın şərqində, Müdafiə Nazirliyinin bazası yaxınlığında güclü partlayış olub.
Bu barədə İRİNN kanalına İranın Müdafiə Nazirliyinin nümayəndəsi Davud Abdi bildirib. Onun sözlərinə görə, partlayış bazanın yaxınlığındakı qaz çənində baş verib.
Partlayışdan sonra yaranan yanğın söndürülüb. İnsident zamanı ölən və xəsarət alan olmayıb.

Tehsil-press.az

Oxşar xəbərlər