Azərbaycan qlobal çağırışlara qısa zamanda uyğunlaşmağı bacardı

Azərbaycan qlobal çağırışlara qısa zamanda uyğunlaşmağı bacardı Azərbaycanın qazandığı bütün uğurların səbəbi Prezident İlham Əliyevin çevik, praqmatik və milli maraqlara əsaslanan siyasətidir. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı dövrdə Azərbaycan Prezidenti nəinki ölkəmizin, həmçinin dövlətimizin sədrlik etdiyi və ya aparıcı üzvü olduğu təşkilatların da pandemiya və postpandemiya dövrünün yeni çağırışlarına cavab verməsinə çalışır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, dövlət başçımızın Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə BMT Baş katibinə müraciətinin qısa müddətdə dünyanın əksər dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycan Respublikasının dünya siyasətində artan rolunun göstəricisi hesab edilə bilər.
Bu fikirləri AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib. O bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində iştirak edən dövlət başçımızın bir daha Ermənistanın baş nazirinin pozucu mövqeyini, bu ölkənin işğalçı və terror mahiyyətini ifşa etməsi mühüm hadisələrdən biri olub.
Azərbaycanda qısa zamanda pandemiya ilə əlaqədar idarəçilik mexanizmi formalaşdırılıb, yüz minlərlə insanın sosial vəziyyətinin yaxşılaşdırılması, iqtisadi müəssisələrin qorunması üçün vəsait ayrılıb. Beləliklə, Prezident İlham Əliyev Azərbaycanda iqtidar-xalq, xalq-iqtidar birliyinin əvəzolunmaz inkişaf formulası olduğunu fəaliyyəti ilə sübut edib. Azərbaycan dövlətinin pandemiyanın yaratdığı böhranlı şəraitdə yürütdüyü çevik siyasət ölkənin yeni dövrün çağırışlarına qısa zamanda uyğunlaşmasına imkan yaradıb.

Tehsil-press.az

Oxşar xəbərlər