Venesuela prezidentinin Bakıda Qoşulmama Hərəkatının sammitində iştirakı gözlənilir

Venesuela prezidentinin Bakıda Qoşulmama Hərəkatının sammitində iştirakı gözlənilir Bakıda Qoşulmama Hərəkatının sammitində Venesuela Prezidenti Nikolas Maduronun iştirakı gözlənilir.
Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.
Onun sözlərinə görə, bu günədək 60-a yaxın ölkənin dövlət və hökumət başçıları sammitdə iştirakını təsdiq ediblər.
Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər