Azərbaycan pandemiya dövründə həqiqətən də həmrəyliyi sözdə yox, əməldə göstərdi. Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib.
K.Nurullayeva bildirib ki, Prezident İlham Əliyevin söylədiyi kimi, ölkəmiz humanitar yardımı piar üçün yox, dövlətlərə həmrəylik borcu kimi edir:
“Mürəkkəb pandemiya şəraitində də ayaqda möhkəm duran ölkə kimi Azərbaycan özünəqapanmanın əleyhinədir. Çünki indiki vəziyyətdə özünəqapanma daha ağır nəticələrə səbəb ola bilər. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının çağırılması, bu təşəbbüsün 130-dan çox dövlət tərəfindən dəstəklənməsi isə ölkəmizin təmsil olunduğu beynəlxalq qurumlarda öz fəaliyyətini tam şəkildə icra etdiyini göstərdi.
Əslində cənab Prezidentin də vurğuladığı kimi, hər bir ölkə təmsil olunduğu təşkilatda fəaliyyətini tam icra etməlidir, bu fəaliyyət formal xarakter daşımamalıdır. Etiraf etməliyik ki, bu gün bəzi dövlətlər beynəlxalq əməkdaşlıq müstəvisində nəinki tam fəaliyyət göstərmir, hətta üzv olduğu təsisatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Bəzi hallarda bu öhdəlikləri kobud şəkildə pozur.
Bu reallıq fonunda Azərbaycan həm də beynəlxalq qurumların etibarlı və fəal üzvü olaraq fəqrləndi. Təsadüfi deyil ki, pandemiya dövründə baş tutan zirvə görüşlərində qəbul edilən sənədlərdə də Azərbaycanın qlobal təşəbbüsləri və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymətləndirilir. Elə Azərbaycan Prezidenti ilə BMT baş katibi Antonio Quttereş arasında baş tutan telefon söhbəti zamanı da aydın oldu ki, BMT rəhbərliyi xüsusi sessiya ilə bağlı Azərbaycanın təşəbbüsünü “COVİD-19”la mübarizədə vahid yanaşmanın tətbiqinə töhfə, pandemiyaya qarşı mübarizədə önəmli addım kimi dəyərləndirir. Qurum həmçinin texniki-logistik məsələlərin həlli ilə əlaqədar Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu da bəyan edib.
Qeyd etmək lazımdır ki, sessiyanın keçirilməsi dünya dövlətlərinin əksəriyyəti tərəfindən dəstəkləndiyi üçün bu, artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi mövqeyi kimi qəbul edilir. Elə xüsusi sessiyanın keçirilməsi ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyən dövlətlər də hesab edir ki, bu sessiya konstruktiv ruhda keçiriləcək və substantiv qərarların qəbul edilməsi ilə başa çatacaq”.
Tehsil-press.az