Azərbaycanda fiziologiya elminin yaranması və inkişafına böyük töhfələr vermiş görkəmli alim, akademik Abdulla Qarayevin anadan olmasının 110 illiyi münasibətilə sənədli film hazırlanıb.
Görkəmli alimin adını daşıyan AMEA-nın Fiziologiya İnstitutu tərəfindən ərsəyə gəlmiş filmdə akademik A.Qarayevin həyat və yaradıcılığına nəzər salınır, onun fiziologiya elminin inkişafı istiqamətində apardığı tədqiqatlardan bəhs olunur.
Sənədli filmdə adını Azərbaycanın elm tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazdırmış alimin keçdiyi mənalı ömür yolu, yüksək insani keyfiyyətləri, dünyada analoqu olmayan Naftalan neftinin, Azərbaycanın şəfaverici sularının (Badamlı, İstisu, Turşsu və s.), eləcə də dərman bitkilərindən hazırlanan preparatların insan orqanizminə müalicəvi təsirinin öyrənilməsi istiqamətində apardığı elmi tədqiqatlar, Azərbaycan dilində nəşr etdirdiyi dərsliklər, həmçinin pedaqoji və ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilir.
Ekran əsərində, həmçinin Azərbaycanın görkəmli alimləri akademik A.Qarayevlə bağlı xatirələrini bölüşüb, onun haqqında dəyərli fikirlər söyləyiblər.
Tehsil-press.az