Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır

Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır Ermənistan Türkiyənin Azərbaycana dəstəyindən narahatdır.
Bu barədə Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan “France 24” kanalına müsahibəsində danışıb. Erməni nazir “Bu qarşıdurmaya Türkiyənin müdaxiləsi ilə bağlı narahatsınızmı” sualına belə cavab verib:
“Şübhəsiz, buna laqeyd qala bilmərik. Əlbəttə, buna laqeyd yanaşmaq olmaz. Əlbəttə, bu, narahatlıq mövzusudur”.
Xatırladaq ki, Ermənistan ordusu iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törədərək hücuma keçib. Nəticədə Azərbaycan ordusunun 12 əsgəri şəhid olub. Ermənistan tərəfi isə itkiləri barədə məlumatı ictimaiyyətdən gizlədir.

Tehsil-press.az

Oxşar xəbərlər