"Terrorizmə qarşı mübarizədə əldə etdiyim nailiyyətlərə görə mənə Nobel mükafatı verilməlidir. Bunun əvəzində, Birləşmiş Ştatlar mənə qarşı sanksiyalar tətbiq edir ki, bu da ədalətli qərar sayıla bilməz".
Bunu Çeçenistan Prezidenti Ramzan Kadırov deyib.
"Biz müharibəni dayandırdıq, beynəlxalq terrorizmi məhv etdik. Nobel mükafatını terrorizm üzərində qələbəyə görə veriməlidir. Onlar isə əksinə, məni sanksiya altına alırlar. Amerikalılar özləri Yaxın Şərqdə terrorçularla bacarmırlar. Hər gün onların rəhbərliyi ilə Əfqanıstanda, Liviyada, Suriyada, İraqda insanları qətlə yetirirlər", - Çeçenistan lideri bildirib.
Kadırov ABŞ-ın onlara heç nə edə bilməyəcəyini deyib: "Biz, Prezident Vladimir Putinin sayəsində qayda-qanun yaratmışıq, sülh şəraitində yaşayırıq, inkişaf edirik. Bir milyon yarım əhali rahat yaşayır və özümüzü evimizdəki kimi hiss edirik".
Bildirək ki, Birləşmiş Ştatlar bir həftə əvvəl Kadırovun adını "qara siyahı"ya salıb. ABŞ Dövlət Departamenti ona, həyat yoldaşına və qızlarına qarşı "insan hüquqlarının pozulması"na görə sanksiyalar tətbiq edib.
Tehsil-press.az