Kadırov Ərdoğana söz atdı

Kadırov Ərdoğana söz atdı “Vladimir Putin Rusiya ilə münasibətləri pozmaq əvəzinə, yüz illər boyu dost olmağın vacibliyini nümayiş etdirən böyük güc, lider olduğunu bir daha sübut etdi”.

Tehsil-press.az-ın məlumatına görə, bu fikirləri Çeçenistan lideri Ramzan Kadırov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinə ünvanladığı barışıq məktuba münasibət bildirərkən deyib.
“Biz Türkiyənin dəymiş zərərə görə təzminat verəcəyinə və günahkarların cəzalandırılması istiqamətində niyyətlərini həyata keçirəcəyinə ümid edirik”, - deyə Kadırov bildirib.
Xatırladaq ki, Kadırov Moskva və Ankara arasındakı diplomatik qalmaqalın alovlandığı ərəfədə Türkiyəni “xain” adlandırmışdı.


Tehsil-press.az

Oxşar xəbərlər