Kadırov ABŞ-ın sanksiyalarına cavab verdi

Kadırov ABŞ-ın sanksiyalarına cavab verdi Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ABŞ Dövlət Departamentinin ona qarşı tətbiq etdiyi yeni sanksiyaları ilə bağlı bəyanatına cavab verib. Dövlət başçısı iki pulemyotla silahlanmış vəziyyətdə çəkilmiş fotosunu teleqram kanalında yerləşdirib.
“Pompeo, biz döyüşü qəbul edirik! Bundan sonra daha maraqlı olacaq!”, - Kadırov yazıb.
Çeçenistan liderinə qarşı tətbiq edilmiş sanksiyaları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da şərh edib.
“Eynilə cavab vermək çətin olacaq, amma nəsə fikirləşəcəyik”, - o, feysbukda yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər